Müharibə və insanlıq əleyhinə cinayət işlədən Ermənistan indi də atəşkəsi pozur.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.
Bildirilib ki, Ermənistan atəşkəsə baxmayaraq mülki vətəndaşları və yaşayış evlərini hədəf alır. Dünya ictimaiyyəti buna qarşı susur.