06 dekabr 2020 22:42
1405

Yaralı əsgərlərini xilas edərkən şəhid olan gizir FOTO

Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Qubadlının işğaldan azad edilməsində iştirak edənlərdən biri də gizir Əlizadə Tahir olub.

"İki sahil" qafqazinfo-ya istinadən xəbər verir ki, o, Hadrut uğrunda döyüşdə yaralansa da, bir müddət müalicə alaraq yenidən döyüşə qayıdıb.

Gizir Əlizadə Tahir Şuşa uğurunda döyüşlərdə meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Sonuncu döyüşdə yaralı əsgərlərini xilas edərkən özü də ağır yaralanıb və şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Əlizadə Tahir Qəribəli oğlu 1994-cü ildə Biləsuvarda anadan olub. Şəhidimiz bu gün Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Onu da əlavə edək ki, şəhidimizin qardaşı Əliyev Bəhruz da hərbi qulluqçu kimi müharibədə iştirak edib, böyük qardaşı Telman isə birinci Qarabağ müharibəsi qazisidir.