07 dekabr 2020 11:29
1356

SOCAR-da çalışmış şəhid Səmural döyüş yoldaşlarının yaddaşında cəsurluğu ilə qalacaq FOTO

SOCAR-ın Təhlükəsizlik İdarəsinin 60-a yaxın əməkdaşı Böyük Vətən Müharibəsində qəhrəmanlıqları ilə yaddaşlarda qalacaq.

"İki sahil" xəbər verir ki, onlardan biri də Vətənin müdafiəsinə qalxan könüllü qəhrəmanımız, şəhidlik zirvəsinə yüksələn Səmural Fətəliyevdir. 23 yaşlı igid əsgər Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdı. Qarabağ savaşı başlayanda könüllü hərbi xidmətə yola düşür. Səmural hələ uzun müddət döyüş yoldaşlarının yaddaşında cəsurluğu ilə qalacaq. Füzulinin işğaldan azad edilməsi əməliyyatlarında şücaət göstərib qəhrəman vətən oğlu. Səmural oktyabrın 5-də əks-hücum əməliyyatlarının birində düşmən mərmisinin partlaması nəticəsində döyüş meydanında şəhid olub. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah rəhmət etsin.