08 dekabr 2020 17:28
1283

Zəfər paradında PUA-lar da nümayiş olunacaq

Bakıda hərbi paradda pilotsuz uçuş aparatları (PUA) da nümayiş olunacaq.

"İki sahil"in məlumatına görə, 10 dekabr tarixində Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq işləri davam edir.

Paradda əldə olunan qənimətlər və digər hərbi texnikalarla birlikdə PUA-lar da nümayiş olunacaq.

Hazırlıq işlərindən olan görüntüləri təqdim edirik.