09 dekabr 2020 14:34
825

Daxili Qoşunların şəhid giziri  FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının giziri Səmədov Mais Şadıbəy oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

DİN-dən "İki sahil"ə verilən məlumata görə, 43 yaşlı M.Səmədov Xaçmaz rayonunun Qadaşoba kəndində anadan olub.

O, oktyabrın 5-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Evli idi, 2 övladı var.