09 dekabr 2020 18:12
2467

Şükür Həmidov “Zəfər” ordeni ilə təltif olundu

Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Təltif olunan hərbi qulluqçular arasında şəhid Milli Qəhrəman Şükür Həmidov da var. Sərəncama əsasən, Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra) “Zəfər” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Milli Qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.