10 dekabr 2020 15:08
2600

Təyyarələr səmada Azərbaycan bayrağının əksini yaratdılar

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başa çatıb.

"İki sahil" xəbər verir ki, paradda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlərinin uçuşu olub.

Şahinlərimiz Bakı buxtası və Azadlıq meydanının üzərindən uçuş edərək Azərbaycan və Türkiyənin bayraqlarını nümayiş etdiriblər.

Həmçinin, hərbi təyyarələr səmada Azərbaycanın üçrəngli bayrağının əksini yaradıblar.