16 dekabr 2020 19:38
984

Türkiyədən daha 136 nəfər Azərbaycana gəlib

Türkiyə minatəmizləyənlərindən ibrət 136 nəfərlik bir qrup Azərbaycana gəlib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Məlumatda bildirilir:

"Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfərlik şəxsi heyət Azərbaycana göndərildi və qəhrəman Azərbaycan Ordusunun işğaldan qurtardığı Qarabağdakı minalanmış ərazilərin təmizlənməsi üçün işə başladı".