29 oktyabr 2026 10:06
121

Pentaqon rəhbəri onu vəzifəsindən uzaqlaşdırdı

Pentaqonun rəhbəri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin (QRK) baş strateqi, Quru Qoşunları generalı Brett Silvini tutduğu vəzifədən azad edib.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "The Atlantic" jurnalı məlumat yayıb.

Mənbələrin məlumatına görө, ABŞ-nin hərbi idarəsinin rəhbəri Silvini vəzifəsindən uzaqlaşdırmaq qərarını cari həftənin əvvəlində qəbul edib, lakin nəşrin həmsöhbətləri bu addımın səbəblərini açıqlamırlar. Həmçinin ABŞ Silahlı Qüvvələrinin QRK-nın strategiya və planlaşdırma idarəsinin direktor səlahiyyətlərini kimin icra edəcəyi hələlik məlum deyil.

"The Atlantic" qeyd edir ki, Silviinin istefası ABŞ Prezidenti Donald Trampın İranla müharibəni bərpa etməyi planlaşdıra biləcəyi bir vaxta təsadüf edir. Nəşr həmçinin diqqəti ona yönəldir ki, Silvi Heqsetin Pentaqonun rəhbəri postuna gəlişi ilə qapı göstərilən yüksəkrütbəli zabitlərin uzun siyahısında növbəti şəxs olub.