29 oktyabr 2026 11:09
185

Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransı keçirir - CANLI

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə qərarının açıqlanmasına dair mətbuat konfransı keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan  Mərkəzi Bankının sədri Taleh Kazımov iştirak edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, aşağı həddi 5% və yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb. Eyni zamanda valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib.