Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə "KİA" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib