Ağır cəbhədə yüngül artilleriyalar, yalnız göstəriş üçün mövcuddur...
Tarix dəfələrlə sübut etmişdir ki, haqq və ədalət yolu ilə yürüyən, öz torpağına, milli dəyərlərinə və dövlətçiliyinə sadiq olan bir milləti heç bir şər qüvvə, dezinformasiya və ya bədxah niyyət sarsıda bilməz. Bu gün Azərbaycanın qazandığı tarixi zəfərlər, sürətli inkişaf və beynəlxalq aləmdəki uca mövqeyi məhz bu sarsılmaz birliyin və doğru siyasi xəttin məntiqi nəticəsidir.
Müstəqilliyimizin ilk illərində qarşılaşdığımız ağır sınaqlar zamanı xalqımızın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev, müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoydu. Onun uzaqgörən siyasəti, dövlətçilik təfəkkürü və polad iradəsi ölkəmizi xaosdan, ağır böhrandan çıxararaq inkişaf və sabitlik müstəvisinə gətirdi. Ulu Öndərin "Bir millət, iki dövlət" fəlsəfəsi və güclü dövlət modeli bu gün də müstəqilliyimizin ən böyük zəmanətidir.
Bu müqəddəs yolu və böyük irsi eyni qətiyyətlə davam etdirən Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev isə Azərbaycanı zəfər zirvəsinə ucaltdı. Cənab İlham Əliyevin rəhbərliyi altında həm hərbi, həm diplomatik, həm də iqtisadi cəbhədə qazanılan uğurlar ölkəmizin suverenliyini tam bərpa etdi. Pilotsuz uçuş aparatlarından tutmuş ən müasir hərbi texnologiyalara qədər ordumuzun arsenalı modernləşdirildi, rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız azad olundu.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, cəsarətli və milli maraqlara söykənən siyasət bu gün Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan şəhərlər, çəkilən yollar və müasir infrastrukturlar dövlətimizin iqtisadi və mənəvi gücünün bariz nümunəsidir.
Tarixin hər dövründə olduğu kimi, bu gün də qazanılan möhtəşəm uğurları həzm edə bilməyən, paxıllıq və dezinformasiya ilə məşğul olan bədxah ünsürlərə ən böyük cavabı yenə də xalqın özü verir. Xalq haqq ilə batili, real əməl ilə “quru” sözü çox gözəl ayırd edir. Şər və xainlik yalnız xəyallarda qələbə qazana bilər, həqiqət qarşısında isə hər zaman baş əyməyə məhkumdur.
Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında dəmir yumruq kimi birləşib. Ulu Öndər Heydər Əliyevin ideyaları və Cənab Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə müstəqil dövlətimiz daha parlaq gələcəyə doğru inamla addımlayır. Bu sarsılmaz iradə, birlik və inkişaf yolu əbədidir və heç bir qarayaxma bu işığı söndürə bilməz!
Azərbaycan xalqının qəlbindəki və gözündəki tərəzi hər cür qızıl tərəzidən daha dəqiqdir...
Tural İBRAHİM
yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin və Dünya gənc türk yazarlar birliyinin üzvü
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib