29 oktyabr 2026 23:23
98

YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirələr davam etdirilir.

“İki sahil” xəbər verir ki, YAP Bərdə rayon təşkilatı DOST Xidməti rayon şöbəsində yerləşən Ü.Hacıbəyov küçəsi  ərazi partiya təşkilatı üzrə keçirilən müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək dövlət suverenliyimizin bərpasından sonra  keçirilən YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını və əlamətdar hadisəyə çevrildiyini bildirib, Müzəffər Lider, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələr barədə danışıb. Bu parlaq nitqin bütün müddəalarının  gələcəyimiz üçün yeni ideyaların və prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Müşavirədə çıxış edən ərazi partiya təşkilat sədrinin müavini Rahib Əliyev, partiya fəalları, DOST Xidməti rayon şöbəsinin müvafiq strukturlarının rəhbərləri Mənsur Rəhimli və Yavər Abbasov ölkə  Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin mühüm mesajlar və əhəmiyyətli müddəalarla zəngin olan nitqinin dərindən öyrənilməsinin, onun əsas ideya və prinsiplərinin fəaliyyətin bütün istiqamətlərində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıblar. Bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin dahi dühasının və siyasi irsinin məhsulu olan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini doğuran tarixi şəraitin öyrənilməsinin və bu həqiqətlərin gənc nəslə çatdırılmasının dövlətçilik tariximizin dərindən mənimsənilməsi baxımından çox böyük əhəmiyyəti var. Həmçinin müşavirədə Yeni Azərbaycan Partiyasının ölkəmizin ən böyük və nüfuzlu siyasi qüvvəsi kimi cəmiyyətdə artan rolundan, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətindən bəhs olunub.

Sonda VIII Qurultayda ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin xalqımızın ürəyindən xəbər verən nitqindən irəli gələn  məqsədlərin həyata keçirilməsində, vətəndaş məmnunluğunun təmin edilməsində  partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.