“10 iyul “İki sahil” qəzetinin yaranmasının 30 illiyi qeyd edilir. Əlbəttə ki, bu bir qəzet üçün çox əhəmiyyətli bir tarixdir. Nəzərə alsaq ki, iyul ayı Azərbaycanda mətbuatın yarandığı aydır və əlbəttə ki, “İki sahil” qəzeti də öz qəzetçilik ənənələrinə hər bir zaman sadiq qalaraq ölkədə 30 il ərzində öz sözünü deməyi bacarmış olan bir mətbu orqanına çevrildi.”
Bu fikirləri “İki sahil” qəzetinin 30 illik yubileyi münasibətilə ünvanladığı təbrikində Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, bugün ölkəmizdə mətbuatda öz izinin, sözünün, yerinin olması hər bir mətbuat orqanına nəsib olan məsələ deyil, çünki bu gün Azərbaycan vətəndaşı çox fərqli tələblər irəli sürür: “Bu 30 il müddətində yaranmış olan və fəaliyyət göstərən “İki sahil” qəzeti hər zaman vətəndaşlarına dəqiq, düzgün, sağlam məlumatları verməyi bacarıb. Bu gün münasibətilə həm “İki sahil” qəzetinin baş redaktoru, əziz dostumuz, ziyalımız, dəyərli mətbuat adamı Vüqar Rəhimzadəni və “İki sahil” kollektivinin hər bir üzvünü təbrik etmək istəyirəm. Onların bugünə qədər olduğu kimi, bundan sonrakı fəaliyyətində də yeni uğurlar, nailiyyətlər arzulayıram. Qoy hər bir zaman Azərbaycan mediasının öncülləri arasında olsunlar! Bayramınız mübarək əziz dostlar!”
Röya Rasimqızı, “İki sahil”