08 iyul 2021 19:54
1094

Anar Kərimov Bolnisi rayonundakı Etno-muzeyi ziyarət edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəti çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Etno-muzeyi ziyarət edib.

“İki sahil” xəbər verir ki, Gürcüstan Dövlət Muzeyinin direktoru David Lordkipanidze muzeyin tarixi, müxtəlif millətlərin milli mədəniyyət nümunələrinin qorunduğu bölmələr barədə nazirə ətraflı məlumat verib.

Muzeyi gəzərək eksponatlarla tanış olan nazir Anar Kərimov Azərbaycanın milli mədəniyyət nümunələrinin saxlanıldığı guşəyə baxıb.