“Hörmətli “İki sahil” komandası, sizi baş redaktorunuz Vüqar Rəhimzadə başda olmaqla 30 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. 30 il kifayət qədər normal bir vaxtdır ki, bir qəzet özünü göstərə bilsin və “İki sahil” öz mübariz, savadlı, ləyaqətli komandası ilə bunların hər birini sübut edə bildi.”
Bu fikirləri “İki sahil” qəzetinin 30 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrikində Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
V.İskəndərov bildirib ki, “İki sahil” kollektivi bu yola böyük səy göstərərək çıxıb: “Zəhmətiniz sayəsində sizin artıq saytınız da, qəzetiniz də ölkə səviyyəsində tanınır, oxunur, bəyənilir. Mən sizin bundan sonrakı fəaliyyətinizdə qəzetinizə sağlam və uzun ömür arzulayıram. Arzulayıram ki, Azərbaycanın ictimai, siyasi, mədəni həyatında hələ bundan sonra da uzun müddət böyük rolunuz olsun. Bayramızın mübarək! Yubileyiniz mübarək!”