“İki sahil” qəzetinin bu günlərdə 30 yaşı tamam olur. Bu münasibətlə qəzetin baş redaktorunu və bütün kollektivi səmimi qəlbdən təbrik edirəm və onlara yeni-yeni uğurlar arzulayıram. 30 il böyük bir yoldur. Demək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri bu qəzet fəaliyyət göstərir. “İki sahil” kifayət qədər böyük nüfuza malikdir. Həm siyasi, həm sosial-iqtisadi məsələləri, Azərbaycanda baş verən hadisələri bu qəzetdə oxuya bilərik. Mən özüm də “İki sahil”in oxucusuyam. Təbii ki, imkan olduqda qəzet şəklində olmadıqda isə onlayn platforması vasitəsilə orada olan məqalələri, yazıları oxumaq imkanı əldə edirik.
Mən bir daha fürsətdən istifadə edərək qəzetin baş redaktoru Vüqar Rəhimzadəni, həmçinin onun bütün kollektivini ürəkdən təbrik edirəm, bir daha yeni-yeni uğurlar arzu edirəm.
Müşfiq Cəfərov,
Milli Məclisin deputatı