09 iyul 2021 14:46
954

Yaradın və yazın ki... - VİDEO

Azərbaycanın media məkanında xüsusi yeri və çəkisi olan “İki sahil” qəzetinin 30 yaşı tamam olur. Yarandığı gündən dövlətçiliyin keşiyində dayanan qəzetimizi bu münasibətlə ölkəmizin bir çox tanınmış şəxsləri, o cümlədən deputatlar səmimiyyətlə təbrik edirlər.

Qəzetimizə tez-tez qonaq olan Milli Məclisin deputatlarından Arzu Nağıyev“İki sahil”in kollektivini səmimi təbrik etdi: “Bu gün media aləmində “İki sahil” qəzeti özünə layiq olan yeri tutur. Sizin bu 30 ildə qazandığınız bir çox nailiyyətlər kollektin və rəhbətrliyin çəkdiyi əziyyətlər nəticəsində başa gəlib. Kollektivə gələcək fəaliyyətində uğurlar arzu edirəm. Yaradın və yazın ki, auditoriyanız, daimi oxucularınız yazdıqlarınızdan bəhrələnsin. Sizləri bir daha təbrik edir, müvəffəqiyyətlər diləyirəm”.

Taleh Bağırov, “İki sahil”