“İki sahil” qəzetinin 30 yaşı tamam olur. 30 yaş bir insanın orta statistik ömrünün yarısı qədərdir. İnsan yaşadığı hər gününü təhlil edir və daha səmərəli keçməsini arzulayır. “İki sahil” qəzeti də fəaliyyət göstərdiyi 30 il ərzində günün nəbzini tutmuş səmərəli fəaliyyətini ortaya qoya bilib.”
Bu fikirləri “İki sahil” qəzetinin 30 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrikində Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov qeyd edib ki, “İki sahil” qəzeti yarandığı gündən dövlətə və dövlət siyasətinə sədaqətini nümayiş etdirib: “Ölkənin, dünyanın siyasi həyatında baş verən hadisələri operativ işıqlandırmaqla geniş oxucu auditoriyasının rəğbətini qazana bilib. Təbii ki, qəzetin yaradıcı kollektivi belə bir auditoriyanın rəğbətini qazanmaq üçün gecə-gündüz böyük əmək sərf edib. Fəaliyyət göstərdiyi 30 il ərzində qəzetin əməkdaşları çevik informasiya əldə etmək, siyasətçilərlə canlı bağlantı yaratmaq təcrübəsini qazanıblar.
Mən “İki sahil” qəzetinin baş redaktoru hörmətli Vüqar Rəhimzadə başda olmaqla bütün kollektivi 30 illik yubiley münasibətilə təbrik edirəm. “İki sahil” əməkdaşlarının hər birinə cansağlığı, uğurlar və daim oxucuların sevimli mətbu orqanı olmasını diləyirəm. Gününüz mübarək.”