11 avqust 2021 14:36
905

Ermənistan parlamentində deputatlar arasında qarşıdurma yaranıb

Ermənistan parlamentində qarşıdurma yaranıb, mühafizə xidməti hadisəyə müdaxilə edib

“İki sahil” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Toplantıda müxalif Daşnaksütyun Partiyası və “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyanın Ermənistan hökumətini tənqid edib. O, siyasi çoxluğu həqiqətlərlə razılaşmağa, müxalifəti boğmamağa çağırıb. Bundan sonra hakim fraksiyanın deputatları ilə müxalifət təmsilçiləri arasında söz atışması baş verib.

Parlamentin sədri Alen Simonyanın qarşıdurmanı sakitləşdirmək cəhdi nəticə verməyib. İclas zalına qanunverici orqanın mühafizə xidmətinin əməkdaşları çağrılıb. Bu zaman spiker birbaşa yayımın dayandırılması ilə bağlı göstəriş verib.