16 avqust 2021 15:56
902

ABŞ hərbi təyyarəsindən yerə düşən əfqanlar VİDEO

ABŞ hərbi təyyarəsinin təkərləri üzərində ölkəni tərk etmək istəyən 3 Əfqanıstan vətəndaşı təyyarə havaya qalxdıqdan sonra yerə düşərək ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən "Khaama" agentliyi məlumat yayıb.

Hadisə anının video-görüntüsü də yayılıb. Videoda havaya qalxmış təyyarədən bir nəfərin düşdüyü görünür.

Daha əvvəl isə Kabil hava limanında 5 nəfər ölüb. Onların izdiham nəticəsində, yoxsa ABŞ təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldüyü bəlli deyil.

Xatırladaq ki, "Taliban"ın Əfqanıstanı ələ keçirməsi ilə əlaqədar minlərlə insan Kabil hava limanına axın edərək ölkəni tərk etməyə cəhd edir.