23 avqust 2021 03:00
1103

"Yuventus" "Udineze"ni məğlub edə bilmədi

Futbol üzrə İtaliya çempionatının ilk turunda Turinin "Yuventus" klubu "Udineze" ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, Udin şəhərindəki "Dacia Arena"da baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

"Yuventus"dan qolları Paolo Dibala (3-cü dəqiqə) və Xuan Kuadrado (23), "Udineze"dən isə Roberto Pereyra (51 - penaltidən) və Jerar Delofeu (84) vurublar. Matça əlavə olunan dördüncü dəqiqədə Kriştianu Ronaldonun qolu hakim videoassistenti (VAR) sistemindən istifadə edildikdən sonra ləğv olundu.

Növbəti turda "Yuventus" 28 avqustda öz meydanında "Empoli" ilə oynanılacaq, "Udineze" bir gün əvvəl "Venesiya"nı qəbul edəcək.