23 sentyabr 2021 10:43
1214

Gülüstan Əliyeva koronavirusa yoluxub

Əməkdar artist Gülüstan Əliyeva da koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, müğənni bu haqda "Özəl" proqramında deyib. O bildirib ki, xəstəliyi ağır keçirib: "Çox soyuq olmuşdu, koronavirusa yoluxdum. Çətin oldu, amma şükür, keçib getdi".

Azərbaycan musiqisinin hazırki durumundan bəhs edən G.Əliyeva "Şikayətlənirəm... Təskinlik də verirəm ki, keçici haldır. Düzələcək" sözlərini deyib.