01 oktyabr 2021 16:24
1162

Kinoteatrlarda biletlərin qiyməti artıb?

Kinoteatrların bu gündən fəaliyyətini bərpa etməsi bilet qiymətlərini gündəmə gətirib. İl yarım ərzində qapalı qalan kinoteatrlarda qiymət necədir?

“İki sahil” xəbər verir ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova Trend-ə açıqlamsında bildirib ki, kinoteatrlarda qiymətlər dəyişməyib. Bir müddətdən sonra biletlərin qiymətlərinin qalxıb-qalxmayacağı bilinmir: "Ümumiyyətlə isə kinoteatrlarda Vətən Müharibəsi ilə bağlı vətənpərvərlik mövzusunda filmlərə üstünlük veriləcək".

"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev isə qeyd edib ki, vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağı idi: "Bizim kinoteatrda biletlərin qiyməti artmayıb".

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən - ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa olunub.