"Art management" layihəsi çərçivəsində silsilə vebinarlar davam edir.
"İki sahil" xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə layihə çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” mövzusunda vebinar keçirilib.
Vebinar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəylinin iştirakı ilə reallaşıb.
Qeyd edək ki, “Art management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.
Qeyd edək ki, layihə çərçivəsində baş tutan vebinarlar barədə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesablarından izləmək mümkündür.