03 oktyabr 2021 12:04
849

İlaydadan estetik açıqlaması

Bu günlərdə keçmiş fotoları ilə gündəmə gələn aktrisa İlayda Alişanın estetik etdiyi bildirilib.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa izləyicilərin plastik əməliyyat keçirməsi ilə bağlı şərhlərinə sərt cavab verib: 

"Keçmiş halım adı ilə paylaşdığınız şəkillərdə 15 yaşım var, indi isə 25. Böyüyürəm və peşəmə görə bunun şahidi olursunuz. Üzümdə dodaq dolğusundan başqa heç bir estetik yoxdur. Olsa belə bu sizi maraqlandırmalıdır? Düşünmürəm".

Qeyd edək ki, İlayda hazırda "Kırmızı oda" serialında rol alır.