Bu gün çexiyalı teatr artistləri və teatr sənətinin pərəstişkarları üçün böyük bayramdır: Praqada təntənəli şəkildə sayca beşinci “Palm of Fest” illik teatr festivalı açılır.
“İki sahil” xəbər verir ki, bu festivalda Avropa İttifaqı ölkələrindən olan teatr truppaları və səhnə ustaları çıxış edəcəklər.
Əvvəlki illərdə olduğu kimi, bu il də festival “Teatr pod Palmovka”da keçiriləcək. Festivalın adı da elə buradan götürülüb. Bu il festival tədbirə ev sahibliyi edən teatrın aktyorlarının ifasında rejissor Mixal Lanqın “Solsberini görmək” pyesinin premyerası ilə başlanacaq. Festival çərçivəsində bir sıra filmlərin nümayişi və sərgi də təşkil olunacaq.