Kolumbiyanın Azərbaycandakı Səfirliyi bütün ədəbiyyatsevərləri 6-10 oktyabr 2021-ci il tarixlərində Bakı Sərgi Mərkəzində keçiriləcək 7-ci Bakı Beynəlxalq Kitab Sərgisindəki pavilyonunu ziyarət etməyə dəvət edir.
Sərgi zamanı Səfirlik, Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, dosent xanım Təranə Muradovanın dəstəyi ilə Kolumbiya və Azərbaycana aid milli rəqs nümunələri, Kolumbiyanın musiqi qrupu la Mojarra Electricanın virtual konserti və Mədəniyyət və İncəsənət Universitetinin Səhnə Danışığı Kafedrasının dosenti və əməkdar artisti, professor Ağalar Bayramov tərəfindən kolumbiyalı Nobel mükafatı laureatlı yazıçısı Gabriel García Markesin əsərlərindən bəhs edən təqdimat kimi müxtəlif mədəni fəaliyyətlərlə iştirak edəcək.
Kolumbiya pavilyonunda Kolumbiya ədəbiyyatının ispan dilində olan mühüm əsərlərinin nümunələri və onların Azərbaycan dilinə və digər dillərə bəzi tərcümələri, habelə Kolumbiya incəsənəti, memarlığı, tarixi və coğrafiyası ilə bağlı xüsusi nəşrlər, həmçinin ölkə haqqında bələdçi materialları və məlumat broşürləri yer alacaq.
Bu vacib Sərgidə üçüncü dəfə iştirak etməklə Kolumbiya Səfirliyi, pavilyonda Nobel Mükafatlı yazıçının əsərləri ilə bəzədilmiş kitablar və Sehrli Realizma ilham verən ölkənin ədəbiyyatı, incəsənəti, tarixi və mədəniyyəti ilə tanış olmağı təklif edir.
Səfirlik ilk dəfə olaraq Sərgi çərçivəsində Azərbaycanda yaşayan Kolumbiyalılarla birlikdə Kolumbiyanın Milli Miqrant Gününü də qeyd edəcək.