12 oktyabr 2021 13:58
827

Xərçəngdən əziyyət çəkən əməkdar artist əməliyyat olunacaq

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə aktyor Müşviq Şahverdiyev məlumat verib. O, N.Əsgərovun yaxın günlərdə əməliyyat olunacağı barədə paylaşım edib: “İnşallah, bu mərhələni də keçəcək. Onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata alınacaq”.

Xatırladaq ki, Lənkəran Dövlət Teatrının aktyoru bir müddət əvvəl ürəyindən əməliyyat olunub.