18 oktyabr 2021 08:23
778

İtaliyada “Cəhənnəm” sərgisi keçirilir

İtaliyada “Cəhənnəm” adlı sərgi keçirilir.

“İki sahil” xəbər verir ki, tədbir məşhur “İlahi komediya”nın müəllifi Dante Aliqyerinin vəfatının 700 (1265-1321) illiyinə həsr olunub.

Romadakı incəsənət mərkəzlərindən birində təşkil edilən sərgi qonaqlarını tanınmış yazıçının cəhənnəm nəzəriyyəsi ilə tanış edir.

Sərgidə 200-dən çox sənət nümunəsi nümayiş olunur.

Tədbirin 2022-ci ilin yanvarın 9-dək davam edəcəyi bildirilir.