20 oktyabr 2021 19:30
913

Zaurla Xoşqədəm belə barışdı

Prodüser Tolik (Tarix Əliyev) "ARB" rəhbərinin yaradıcılıq məsələləri üzrə müşaviri təyin edilən aparıcı Xoşqədəm Hidayətqızını sosial şəbəkədə təbrik edib.

"İki sahil" lent.az-a istinadən xəbər verir ki, onun təbrikinə "ATV"nin aparıcısı Zaur Baxşəliyev də qoşulub. Zaur Tolikin sosial şəbəkədə X.Hidayətqızı ilə şəklinə "Uğurlar, xeyirli olsun", şərhini yazıb. Xoşqədəm isə Zaurun bu jestinə "Minnətdaram Zaur bəy", cavabını verib.

Qeyd edək ki, Zaurla Xoşqədəm uzun illər idi küsülü idi.