22 oktyabr 2021 08:04
952

Belarus "Avroviziya-2022" müsabiqəsində iştirak etməyəcək

Belarus "Avroviziya-2022" müsabiqəsində iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında bildirilir.

Bildirilir ki, Belarus müsabiqəyə buraxılmayıb. İyulun 1-dən Belteleradioşirkətin Avropa Yayım Birliyi sıralarında üzvlüyü dayandırılıb.

Qeyd edək ki, 66-cı "Avroviziya" müsabiqəsi 10,12 və 14 may tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək.