27 oktyabr 2021 19:54
926

"Kölə İzaura” serialının ssenari müəllifi vəfat edib

Tanınmış braziliyalı ssenarist, ”Kölə İzaura” serialının ssenari müəllifi Jilberto Braqa 75 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, o, J. Braqa oktyabrın 22-də çox ağır vəziyyətdə Rio-de-Janeyroda xəstəxanaya yerləşdirilmişdi.

J. Braqa 1945-ci ildə anadan olub. Ssenarist fəaliyyətinə 1972-ci ildən başlayıb.

"Kölə İzaura" keçmiş sovet televiziyasında göstərilən ilk Latın Amerikası serialı olub və çox məşhurluq qazanıb.