29 oktyabr 2021 13:49
808

Mədəniyyət naziri Türkiyəyə gedib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfərə gedib.

“İki sahil” xəbər verir ki, nazir bu gün İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcək.

Açılış Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü gününə təsadüf edir.

Mərasimdə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan da iştirak edəcək.