01 noyabr 2021 12:33
1054

İki obrazı da özü canlandıracaq

Aktyor Tolqahan Sayışmanın yeni layihəsi bəlli olub.

“İki sahil” xəbər verir ki, aktyor "Aynasız" filmində rol alacaq. O, ekran işində eyni anda iki obraza - Haluk və Efeyə həyat verəcək.

Aktyorun sahibi olduğu "Han Medya Yapım" tərəfindən lentə alınan filmin prodüseri də Tolqahan olacaq. 

Qeyd edək ki, ekran işində aktyorlar Erdal Özyağcılar, Algı Eke, Sarp Bozkurt və Öznur Serçeler də çəkiləcək.