01 noyabr 2021 16:31
845

Türkiyənin məşhur aktrisası vəfat edib

Kino və serial aktrisası, ssenarist Semra Dinçer vəfat edib.

“İki sahil” xəbər verir ki, iki ildir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa bu gün günorta saatlarında vəfat edib.

Semra Dinçer 25 iyul 1965-ci ildə Ankarada anadan olub. O, 42 film və serialda rol alıb, bunlardan 7-nin ssenarisini yazıb. Sonuncu dəfə “İstanbullu Gəlin” serialında Reyhan Sezgin rolunu canlandırıb.

Aktrisa əsasən "Quzey Güney" serialındakı rolu ilə məşhurlaşıb.