Aparıcı Afaq Gəncəli bu gün "Səhər mərkəzi" proqramında efirə çıxmayıb.
“İki sahil” xəbər verir ki, proqramın digər aparıcısı Tural Əsədov bunun səbəbini açıqlayıb. O bildirib ki, Afaqın səhhətində problem yaranıb.
"Bu o demək deyil ki, Afaq daha burada olmayacaq. Yenidən bizimlə olacaq. Özünü pis hiss edir. Allahdan ona şəfa diləyirik" deyə, Tural bildirib.