Türkiyənin İstanbul şəhərində güclü külək bir sıra dağıntılara səbəb olub. Bu dəqiqələrdə də davam edən güclü külək 2 nəfərin həyatına son qoyub.
"İki sahil" Türkiyə mediasına istinadla xəbər verir ki, güclü külək İstanbulda bir neçə binanın damını uçurub. Hətta Esenyurt səmtində külək evlərin damlarını küçədən keçənlərin üzərinə atıb.
Bir nəfər damın altında qalan qadın isə həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Hətta İzmir və Koceli bölgələrində də güclü küləyin böyük fəsadlara yol açdığı bildirilir.
Tramp İsveçrədə ABŞ və İran arasında sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər
Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib