Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Babək rayonunun Şıxmahmud kəndi ərazisində qeydə alınıb. Belə ki, “71-BB-807” və “67-BF-127” dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində Amid Cəfərov və İsgəndər Hüseynov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakta araşdırılır.
Fransa Ukraynanın Aİ-dən kənar ölkələrdən silah almasını məhdudlaşdırmaq istəyir
İran və Oman Hörmüz boğazında müvəqqəti dəhlizin yaradılmasını müzakirə ediblər