04 dekabr 2021 18:34
1157

Naxçıvan əhalisinin 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, istehsal edilən məhsulların 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.

Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.