04 dekabr 2021 20:02
852

Semeru vulkanı 12 kilometr hündürlüyə kül püskürüb

Dekabrın 4-də İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanı 12 kilometr hündürlüyə kül püskürüb və piroklastik axın baş verib.

“İki sahil” xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan Videogörüntülərdə piroklastik axınların törətdiyi çoxsaylı dağıntılar müşahidə edilir. Hələlik həlak olanlar barədə məlumat verilmir.

Yerli hökumət strukturlarının yaydığı məlumata görə, vulkan dekabrın 3-də axşam saatlarından püskürməyə başlayıb.