Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) sentyabr-oktyabr-noyabr aylarında “enezaret.az”a daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlərin müzakirəsinə həsr olunmuş dair dəyirmi masa keçirib.
“İki sahil” xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsinin tərəfdaşı MG Consulting şirkətinin rəhbəri Məhəmməd Quluzadə bildirib ki, foto və video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyatı dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. İkinci rübün nəticələrinə görə daxil olmuş müraciətlərin təxminən 70 faizi öz həllini tapıb: “Nəticələrə əsasən 9 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilib və onlara müvafiq təltiflər təqdim olunub. Bunlar “Azərsu” ASC, Bakı şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
E-nəzarət platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq