10 dekabr 2021 13:01
786

Biləsuvarda “Bir ölür – min dirilərik-2!” adlı layihəsi çərçivəsində tədbir keçirilib FOTO

Biləsuvar rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Gənclər Klubu” İctimai Birliyinin “Bir ölür – min dirilərik-2!” adlı layihəsi çərçivəsində tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayaraq, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqları və döyüş yolu haqqında filmlərin çəkilməsini yüksək qiymətləndirib.

İcra başçısı belə tədbirlərin mütəmadi keçirilməsinin həm qəhramanlarımızın həyat yolunun cəmiyyətə tanıdılmasında, həm də gənclərimizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Nümayiş olunan videoçarxda Vətən torpağının müdafiəsinə qalxan qəhrəmanlarımızın döyüş yolu təqdim olunub.