14 yanvar 2022 16:20
846

YAP Veteranlar Şurasının iclası keçirilib FOTO

Yanvarın 14-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  Veteranlar Şurasının sədri Arif Rəhimzadə iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib.

İclasda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının 2021-ci il ərzindəki fəaliyyəti barədə hesabat dinlənilib, sonra Şuranın 2022-ci il üçün Tədbirlər Planı müzakirə olunub, təkliflər və əlavələr nəzərə alınmaqla  təsdiq olunması barədə qərar qəbul edilib.