Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd edilməsinə hazırlıqla bağlı Qırğızıstanda soydaşlarımızın yığcam yaşadığı Çuy vilayətinin Kant şəhərindəki Heydər Əliyev küçəsinin abadlaşdırılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bununla əlaqədar Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev və diaspor fəalları Kant şəhər bələdiyyəsinin başçısı Ulan Maylıbaşevlə görüşüblər. Görüşdə Kant şəhərindəki Heydər Əliyev küçəsinin abadlaşdırılması, həmçinin küçənin görkəmli yerində Ulu Öndərin barelyefinin vurulması məsələsi müzakirə olunub.
Ulan Maylıbaşev bildirib ki, küçənin abadlaşdırılması məqsədilə xüsusi işçi qrupunun yaradılması qərara alınıb. Bu qrup məsələni araşdıracaq və təklifləri bələdiyyəyə təqdim edəcək. Bundan sonra küçənin abadlaşdırılması, Heydər Əliyevin barelyefinin hazırlanması istiqamətində iş başlanacaq və Azərbaycan xalqının Ulu Öndərinin anadan olmasının 99-cu ildönümü ərəfəsində tam hazır olacaq.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib