YAP İmişli rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə çıxış edən YAP İmişli rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Səfa Ağayev bildirib ki, Prezident İlham Əliyevin 2022-ci ili «Şuşa İli» elan etməsi əhəmiyyətli hadisədir. Çünki İkinci Qarabağ müharibəsində 44 gündə qazındığımız tarixi Qələbəmiz yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda ölkəmiz Şuşamızın, Qarabağımızın müasir intibah dövrünü yaşayır.
Səfa Ağayev çıxışında vurğulayıb ki, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün dövlət başçımız İlham Əliyevin Sədri olduğu partiyanın üzvü olmaq qürüvericidir.
Səfa Ağayev ərazi partiya təşkilatlarının sədrlərinə Yeni Azərbaycan Partiyasının yeni proqramına əsasən qəbul olunan və yenilənən qərarlar və YAP İmişli rayon təşkilatının 2022-ci il iş planı haqqında məlumat verib. Müzakirə formatında keçən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklifləri dinlənilib.
Səfa Ağayev ərazi partiya təşkilatlarının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağıraraq onlara fəaliyyətlərində uğurlar arzulayıb.