17 yanvar 2022 15:35
901

Deputat seçicilərinə hesabat verdi - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Heydər Əliyev Mərkəzində seçiciləri ilə 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdən öncə millət vəkili bir qrup ziyalılar və ağsaqqallarla birlikdə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb. Daha sonra Heydər Əliyev Mərkəzində millət vəkili ötən ildəki fəaliyyəti barədə geniş hesabatla çıxış edib. Hesabat çıxışında Anar Məmmədov seçici müraciətləri, onların təmin olunması, pandemiya və müxtəlif əlamətdar günlər ilə əlaqədar imkansız ailələrə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumatları seçicilərinin diqqətinə çatdırıb.

Sonda görüşdə iştirak edən ağsaqqallar və ziyalılar Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.