17 yanvar 2022 15:07
967

Braziliyalı aktrisa vəfat edib FOTO

Braziliyalı aktrisa Fransuaza Forton 63 yaşında Rio-de-Janeyro şəhərində vəfat edib.

“İki sahil” “StarHit”ə istinadən xəbər verir ki, o, xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, ona hələ 1989-cu ildə serviks xərçəngi diaqnozu qoyulmuşdu.

F.Forton Azərbaycan tamaşaçısına məşhur “Klon” serialından tanışdır. O, ekran işində professor Albyerinin köməkçisi Simoneni canlandırıb.