18 yanvar 2022 19:56
1028

Səbaildə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib - FOTO

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və “İstiqlaliyyət küçəsi 8” ünvanı üzrə ərazi partiya təşkilatının təşkilatçılığı ilə keçirilən tədbir 20 yanvar hadisələrində həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının “İstiqlaliyyət küçəsi 8” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Orxan Ağayev, həmin təşkilatın əməkdaşı və YAP üzvü Qabil Həsənov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.

Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən natiqlər 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini bildiriblər. Ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, 20 yanvarda ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildiriblər.