18 yanvar 2022 21:44
601

200 nəfər biləsuvarlı şəhidin xatirəsinə həsr olunmuş kitab FOTO

Biləsuvar rayonunda əbədi və əzəli torpaqlarımıza qarşı mənfur düşmən iddialarının, törətdiyi təxribatlarının qarşısının alınması və doğma torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Birinci Qarabağ müharibəsi, Avqust döyüşləri, Aprel döyüşləri, İyul savaşları və Vətən müharibəsində canından keçən 200 nəfər Biləsuvarlı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kitab təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki,  müəllifi Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətovun olduğu "200 - Hüzurunda baş əyirəm, qəhrəman" adlı kitabda biləsuvarlı şəhidlərin həyat və döyüş yolu, Vətən müharibəsində qələbəmizin qazanılmasında müstəsna xidmətlərinə görə orden, medallara layiq görülən bir qrup könüllü, əsgər və zabit heyətinin adları, işğaldan azad olunmuş doğma Qarabağ torpaqlarımızın işğal dövrü və işğaldan sonrakı vəziyyəti barədə məlumat, mənfur düşmənin zaman-zaman xalqımızın başına gətirdiyi müsibətlər və tariximizin şahid olduğu müharibələr haqqında qısa xronika və Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatının siyasi motivləri və tarixi əhəmiyyəti haqqında məlumatlar yer almışdır.

Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin.